Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ekologiya idarəsi məcburi göstəriş verdi ,ərazi zibillikdən təmizləndi
Ekologiya idarəsi məcburi göstəriş verdi ,ərazi zibillikdən təmizləndi

Bir müddət əvvəl Bölgə.TV   “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində  Yexlaxda böyük miqdarda məişət tullantılarının qalaqlanması  haqda reportaj hazırlamışdır. Biz problemi işıqlandırandan sonra məsələyə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən reaksiya verilib, problemlə bağlı tədbir görülüb.Bölgə.TV-yə ETSN-dən daxil olan məlumatda bildirilir ki, adıçəkilən ərazi zibillikdən təmizlənib :"8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Yevlax şəhəri Heydər Əliyev prospektində yerləşən “Piramida” restoranının ərazisində böyük miqdarda məişət tullantılarının qalaqlanması ilə bağlı məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan dərhal sonra İdarə tərəfindən araşdırma aparılmış və restoranının binasının arxa tərəfində məişət tullantılarının qalaqlanması öz təsdiqini tapmışdır. Məsələ ilə əlaqədar qüvvədə olan qanunvericilik rəhbər tutularaq müvafiq akt tərtib olunaraq “Piramida” restoranının inzibatçısı Məhəmməd Məhəmmədoğluna  ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı məcburi göstəriş verilmişdir. M.Məhəmmədoğlu məcburi göstərişin tələblərinə uyğun olaraq ərazinin məişət tullantılarından təmizlənməsini təmin etmişdir.

reportyor.tv 



Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti