Yol polisi yol-nəqliyyat infrastrukturunun qorunub-saxlanılması işinə də əhəmiyyətli töhfə verir
Tarix: 3-08-2022, 10:27
Baxılıb: 990
Google+ Paylaş
Tumblr Paylaş

Yol polisi yol-nəqliyyat infrastrukturunun qorunub-saxlanılması işinə də əhəmiyyətli töhfə verir

3-08-2022, 10:27

İyulun 15-də Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov öz çıxışında vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırlatdı, cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb etmişdir.
Daxili işlər orqanlarının fəaliyyəti təqdir olunan, vətəndaş məmnunluğu doğuran tərkib hissələrindən biri də Baş Dövlət yol Polisi İdarəsi və onun struktur vahidləridir. Son illər pandemiyanın və Vətən müharibəsinin sınaqlarından üzüağ çıxan Azərbaycan Polisi ilə xalq, ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Təqdirəlayiqdir ki, ölkədə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılır, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilir, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilir. Eləcə də kriminal hadisələrin sayı azalıb, ölkə vətəndaşları polisin onların həyatını və əmlakını qoruyacağına əmindirlər.
RealMedia.az-ın əməkdaşları tərəfindən yol-patrul xidməti naryadlarının xidmət apardıqları stasionar postlarda bütün istiqamətlər üzrə keçirdiyimiz müşahidələrdən belə nəticəyə gəlirik ki, yol polisi  yol infrastrukturunun keyfiyyətinin qorunub saxlanılması, yolların təzyiq altında dağılıb-sıradan çıxarılmasının qarşısının alınması işinə də öz töhfəsini verir. YPX-nin Müşfiq, Qaradağ, Nəvai, Sabirabad və b. postlarında polis əməkdaşları ağırtonnajlı maşınlarda yüklərin normalar çərçivəsində daşınması tələblərinə riayət olunmasına nəzarət edirlər. Hərəkət iştirakçıları, sürücülüər arasında keçirdiyimiz sorğulara aldığımız cavablardan bəlli olur ki, vətəndaşlar əvvəllər ciddi problem sayılan bu məsələnin artıq yol polisinin konstruktiv yanaşması sayəsində kökündən həll olunduğu qənaətindədirlər.
Bu gün polisin öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb, şəxsi heyət dövlətin qayğısı ilə əhatə olunub. Yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, xeyli sayda radar, videokamera, nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb. Sevindirici haldır ki, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunur, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilmir. Başlıca vəzifələr olaraq, hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq nəzərdə tutulur.
Ramin Məhəmmədoğlu
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ