Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Leysan yağış yağdı, çaylarda sululuq artdı - FAKTİKİ HAVA
Leysan yağış yağdı, çaylarda sululuq artdı - FAKTİKİ HAVA

İyunun 1-i saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən reportyor.tv-a bildirilib ki, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçalada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq artıb.

Şərhlər