Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı
Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.
Bu barədə reportyor.tv-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti