Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Dəstəfurçaydan sel keçib, bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA
Dəstəfurçaydan sel keçib, bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Reportyor.tv Xidmətdən xəbər verilib. Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Şahdağ, Mingəçevir, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxanda arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Saat 14:30 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan sel keçib

Şərhlər