Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Türkiyədən Rusiyaya gedən TIR Balakəndə yanıb
Türkiyədən Rusiyaya gedən TIR Balakəndə yanıb

Türkiyə-Rusiya marşutu ilə işləyən yük maşınında yanğın olub.
Reportyor.tv Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib.
Türkiyə-Rusiya marşutu ilə hərəkət edən, Türkiyə dövlətinin “SarpTur” firmasına məxsus, Türkiyə vətəndaşı Əhməd Atabəy İsmayıl oğlunun idarə etdiyi iritonnajlı TIR maşınının qoşqu hissəsinin kuzova birləşən yerində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Maşının elektrik naqillərində baş verən yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb. Daha sonra maşın marşut üzrə hərəkətini davam etdirib.

Şərhlər