Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və digər separatçılara ailələri ilə əlaqə imkanı yaradılıb
Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və digər separatçılara ailələri ilə əlaqə imkanı yaradılıb

Qarabağda törətdikləri cinayətlərə görə tutulan erməni separatçılarına ailələri ilə əlaqə imkanı yaradılıb.
Reportyor.tv xəbər verir ki, bu barədə “Alpha News” “Hayastan” fraksiyasının deputatı Geqam Manukyana istinadən məlumat yayıb.
Deputatın sözlərinə görə, qardaşı, qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının sabiq birinci müavini" Davit Manukyan iki gün əvvəl övladları ilə əlaqə saxlayıb.
Eyni zamanda qondarma rejimin "prezidentləri", eləcə də 2015-2018-ci illərdə “müdafiə naziri” olmuş Lyova Mnatsakanyana yaxınları ilə əlaqə imkanı yaradılıb.
Qeyd edək ki, ötən gün separatçıların sabiq “dövlət naziri” Ruben Vardanyanın oğlu da açıqlama verərək, atasının ailəsi ilə əlaqə saxladığını deyib. O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.
Əlavə edək ki, Davit Manukyan, Lyova Mnatsakanyan, Ruben Vardanyanla yanaşı, Qarabağdakı separatçılara başçılıq etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, qondarma "parlament"ə sədrlik etmiş Davit İşxanyan və “xarici işlər naziri” olmuş Davit Babayan da Bakıda həbsdədir.

Şərhlər