İtaliyada “COVİD-19 virusundan ölənlərin sayının yüksək olması ölkədə yaşlı insanların çoxluğu ilə bağlıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər İtaliyanın səhiyyə naziri Pyerpaolo Sileriyə məxsusdur.
Nazir İtaliya əhalisinin orta yaş həddinin yuxarı olduğunu sözlərinə əlavə edərək, yoluxan insanlarda 7%-lik ölüm halını da bununla əlaqələndirib. Belə ki, epidemiya qurbanlarının 42%-nin yaşı 80-dən yuxarıdır.
“İtaliyada 80 yaşdan çox yaşayanlar əhalinin 7%-ni təşkil edir”, - deyə o, bildirib.
Nazir Sileri ölkənin səhiyyə sisteminin əsasən yaşlı insanların qayğısına qaldığını, bunun sayəsində Appenin yarımadasında uzunömürlülüyün çox olduğunu vurğulayıb.
“Lakin bilindiyi üzrə yaşlandıqca orqanizm də zəifləyir, həmin səbəbdən koronavirus bu insanlarda ölümcül təsir göstərir”, - deyə Pyeraolo Sileri qeyd edib.
Xatırladaq ki ki, İtaliya Avropada koronavirusun yayılmasına görə birinci yeri tutur. Rəsmi rəqəmlərə görə, Appeninlərdə infeksiyaya məruz qalmış 35 min insan qeydə alınıb. Onlardan 3 mini artıq ölümlə nəticələnib. Hər gün ölkədə ən az 300 insan koronavirusdan dünyasını dəyişir.
