Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Xaçmazda və Bakıda evdə yanğın olub
Xaçmazda və Bakıda evdə yanğın olub

Xaçmaz rayonunun Arzu qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Reportyor.tv-yə verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Bakıda baş verib.
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar kontruksiyaları 18 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti