Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda silah səsləri eşidildi - ölü və yaralı var
Azərbaycanda silah səsləri eşidildi - ölü və yaralı var

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.
DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.
Hadisə yerindən "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər