Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Vəfat edən tələbə ilə bağlı təsirli fakt - FOTO
Vəfat edən tələbə ilə bağlı təsirli fakt - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova dəm qazından zəhərlənərək vəfat edib.
Xaçmaz rayon sakini olan, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra, paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib.
Musavat.com unikal.az-a istinadən xəbər verir ki, əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurubmuş.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır. 
1513052_0.jpg (66 KB)

Şərhlər