Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Ağsuda yol qəzası: 8 nəfər xəsarət aldı
Ağsuda yol qəzası: 8 nəfər xəsarət aldı

Ağsu rayonunda baş vermiş avtomobil qəzası nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
reportyor.tv xəbər verir ki, ilkin məlumata görə, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər
Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

Şərhlər