Xaçmaz və Qubadakı yanğınlar söndürüldü - YENİLƏNDİ
Tarix: Dünən, 01:37
Baxılıb: 158
Google+ Paylaş
Tumblr Paylaş

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü - YENİLƏNDİ

Dünən, 01:37

Xaçmaz rayonunun Qalağan, Canaxır kəndlərində açıq ərazidə və Quba rayonunun Küsnət kəndində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının qarşısı alınıb.
Bu barədə reportyor.tv-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar küləkli hava şəraitinə baxmayaraq geniş sahələrə yayılmasına imkan verilmədən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.
Bu barədə reportyor.tv-yə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.
Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ