Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu
Tarix: 5-04-2025, 11:51
Baxılıb: 88
Google+ Paylaş
Tumblr Paylaş

Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu

5-04-2025, 11:51

Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Reportyor.tv "Unikal"a istinadla xəbər verir ki, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.

Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir.

Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib.

Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ