Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » SON DƏQİQƏ! Bakıda dəhşətli qəza: Ölən var
SON DƏQİQƏ! Bakıda dəhşətli qəza: Ölən var

Bakı şəhərinin Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb.

Bu barədə Reportyor.tv-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qəza yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Müəyyən edilib ki, "Renault" markalı minik avtomobili aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Şərhlər