Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda törədilən dəhşətli cinayətin üstü açıldı
Bakıda törədilən dəhşətli cinayətin üstü açıldı

Xəbər verildiyi kimi, noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Publika.az Yasamal rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 28.11.2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulub.
Onun barəsində 30.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Şərhlər