Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda daha bir məktəb YANDI
Azərbaycanda daha bir məktəb YANDI

Ucarda məktəb binasında yanğın baş verib.

Reportyor.tv AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində qeydə alınıb.

Bildirilib ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti