Azərbaycanda 59 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırdı
Tarix: 7-04-2020, 12:05
Baxılıb: 630
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda 59 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırdı

7-04-2020, 12:05

Şəmkir rayonunda yerli sakin ailədaxili münaqişə zəminində evi və orada yaşayan ailə üzvlərini yandırıb.
Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Vəliyev ailədaxili münaqişə zəmnində özünə məxsus olan 5 otaqlı evə od vuraraq evi yandırıb.
Yanğın zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, 32 yaşlı oğlu Əkbər Vəliyev, gəlini 32 yaşlı Nərgiz Vəliyev, nəvələri 4 yaşlı Banu Vəliyev və 3 yaşlı Ömər Vəliyev evdə olub.
Yalnız 3 yaşlı Öməri evdən çıxara biliblər. Digər ailə üzvləri yanaraq müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını və yaxınlarının avtomobilləri ilə öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Onlardan üçünün, oğlu, gəlini və nəvəsinin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürlüb.
Qeyd edək ki, hadisəni törədən şəxs qaçıb. Faktla bağlı araşdırma aparılır. (report)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ