Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » SON DƏQİQƏ: Azərbaycanda bacı-qardaş QƏTLƏ YETİRİLDİ - YENİLƏNDİ
SON DƏQİQƏ: Azərbaycanda bacı-qardaş QƏTLƏ YETİRİLDİ - YENİLƏNDİ

Goranboy rayonunda iki nəfər qətlə yetirilib.
DİN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin "isti izlər"lə açılması təmin olunub. Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

xxx
18:12
Goranboyda iki nəfər bıçaqlanaraq qətlə yetirilib. 
Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə hadisə, Qarasüleymanlı kəndində baş verib. 
İlkin məlumata görə, 2 nəfər bıçaqlanaraq öldürülüb. 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Şərhlər