
Misirdə mikroavtobusla yük maşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
reportyor.tv xəbər verir ki, toqquşma nəticəsində 11 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəza ölkənin cənubundakı Asvan əyalətində baş verib.
ÜST-ün məlumatına görə, Misirdə hər il təxminən 12 min insan yol qəzalarında ölür.
Şərhlər