Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Atasının ölümündən bir ay sonra özü də vəfat etdi
Atasının ölümündən bir ay sonra özü də vəfat etdi

Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.
Reportyor.tv xəbər verir ki, o, qan xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Müharibə dövründə xüsusi təyinatlı qüvvələrdə xidmət edən Azər Bayramov, sonradan polis leytenantı kimi çalışırdı. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Füzulinin, Cəbrayılın, Şuşanın azad olunması və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Qeyd edək ki, Lerikin Siyon kəndindən olan Azər Bayramovun atası Həsən Bayramov bir ay öncə dünyasını dəyişmişdi. ("Qafqazinfo")

Şərhlər