
Bu gün İranda təlim təyyarəsi qəzaya uğrayıb.
reportyor.tv ISNA-ya istinadla xəbər verir ki, qəza Əlborz əyalətinin Fərdis şəhərinin Fərruxabad qəsbəsində meydana gəlib.
Hadisə nəticəsində iki sərnişinin yaralandığı bildirilir.
Qəzanın səbəbləri və sərnişinlərin vəziyyəti barədə daha sonra açıqlama veriləcəyi qeyd olunur.
Şərhlər