Bakının iki rayonunda əməliyyat: Həbs olunanlar var
Tarix: 12-03-2020, 19:28
Baxılıb: 1 072
Google+ Paylaş
Tumblr Paylaş

Bakının iki rayonunda əməliyyat: Həbs olunanlar var

12-03-2020, 19:28

Bakının Qaradağ rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Nəcəfovdan 50 qramdan artıq tiryək, 13 qramdan artıq metamfetamin və metadon, “Nissan” markalı avtomobilindən isə 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İsmayıllı rayon sakini Z.Mövlanlının idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı oradan “Retay 84 FS” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ