
Masallı şəhəri ərazisində hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edildiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reportyor.tv cənub bürosuna verilən məlumata görə, saxlanıldıqdan sonra nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunan Masallı rayon sakini İlqar Həşimovun həm də narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Şərhlər