
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Reportyor.tv xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.
Belə ki, Kosayev Camal Cavid oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Növbətçi həkimin verdiyi məkumata görə, yaralı xəstəxanaya ağır və sərxoş vəziyyətdə daxil olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Şərhlər