Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü, 5 nəfər öldü - YENİLƏNİB
Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü, 5 nəfər öldü - YENİLƏNİB

Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.
Reportyor.tv Naxçıvan bürosu xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.


Qəzada yaralı olan beş nədərin vəziyyəti də ağır qiymətləndirilir.
Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.
***
Saat 01:51
Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.
Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 4 nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır

Şərhlər