Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda vəzifəli şəxs CƏZALANDIRILDI
Azərbaycanda vəzifəli şəxs CƏZALANDIRILDI

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Yeni Zod ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bundan başqa monitorinqlər zamanı rayonun Aşıqlı, Quşqara, Qızılca kəndlərində fəaliyyət göstərən ümumilikdə 4 kafe-restoranda məişət tullantılarının urnalardan kənara atılması müəyyən edilib, obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti