Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Naxçıvanın həbsdə olan sabiq maliyyə naziri barədə həbs qətimkan tədbirinin müddəti uzadılıb
Naxçıvanın həbsdə olan sabiq maliyyə naziri barədə həbs qətimkan tədbirinin müddəti uzadılıb

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxılıb.
Reportyor.tv xəbər verir ki, keçirilən prosesdə vəsatət təmin edilib və Rafael Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.



Şərhlər