
Qaxda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər