Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Moskva məhkəməsi Navalnıya daha 19 il həbs cəzası verib
Moskva məhkəməsi Navalnıya daha 19 il həbs cəzası verib

Moskva məhkəməsi Aleksey Navalnıya ekstremizm işi üzrə 19 il həbs cəzası verib.
Reportyor.tv TASS-a istinadən xəbər verir ki, hökmə əsasən, Navalnı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
O, ekstremist təşkilat yaratmaqda, o cümlədən onun işində iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, buna açıq çağırışlar etməkdə və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.
Prokuror onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə ciddi rejimli cəza çəkməsində olmaqla 9 il müddətinə azadlıqdan məhrum olunmuşdu

Şərhlər