Azərbaycan millisi "Technoxian-2024” robot yarışmasında çempion oldu
Tarix: 28-08-2024, 00:37
Baxılıb: 117
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan millisi "Technoxian-2024” robot yarışmasında çempion oldu

28-08-2024, 00:37

Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.
Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ