Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Vinisiusdan şok açıqlama: İspaniya DÇ-2030-a ev sahibliyi etməməlidir
Vinisiusdan şok açıqlama: İspaniya DÇ-2030-a ev sahibliyi etməməlidir

"Real"ın braziliyalı hücumçusu Vinisius Junior səs-küylü açıqlama verib.
Publika.az xəbər verir ki, o, irqçiliklə bağlı vəziyyətin dəyişməyəcəyi halda, İspaniyanın DÇ-2030-a ev sahibliyi etməməli olduğunu bildirib:
“2030-cu ilə qədər bizim inkişaf üçün çox böyük imkanlarımız var. Ona görə də ümid edirəm ki, İspaniya inkişaf edib insanı dərisinin rənginə görə təhqir etməyin nə qədər ciddi olduğunu başa düşə bilər. Əgər vəziyyət dəyişməsə, düşünürəm ki, məkanı dəyişmək lazım gələcək. Çünki futbolçular dünya çempionatında rahat və təhlükəsiz oynamayacaqlar”.
Qeyd edək ki, 2030-cu ildə dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin, Uruqvay, Argentina və Paraqvayda turnirin bir açılış matçının təşkil edilməsi planlaşdırılır.
www.REPORTOR.tv 

Şərhlər