Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
Tarix: 3-10-2024, 22:55
Baxılıb: 149
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb

3-10-2024, 22:55

Danimarka millisinin 36 yaşlı sabiq futbolçusu Niki Bill Nilsen supermarketdən oğurluq etdiyi üçün polis tərəfindən saxlanılıb.
Aut.az “DailySport”a istinadən xəbər verir ki, Nilsen mağazadan şərab, şirə və hazır tay yeməyi götürüb. Oğurlanan hər şeyin dəyəri 176 Danimarka kronu təşkil edir ki, bu da 25 ABŞ dollarına bərabərdir. Bu cinayətə görə futbolçu oktyabrın 31-dək həbsdə olacaq.
Nilsenin qanunla bağlı problemi ilk dəfə deyil. O, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün dəfələrlə polis tərəfindən yaxalanıb. O, həmçinin qadına təcavüz və narkotik saxlamaqda ittiham olunub.
Forvard karyerası ərzində İspaniyanın “Vilyarreal” və “Rayo Valyekano” klublarında, həmçinin Norveçin “Rusenborq” və Danimarkanın “Nordsyelland” klublarında çıxış edib.
Danimarka millisinin tərkibində 3 dəfə meydana çıxıb və 1 qol vurub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ