Ərəblərin əfsanəyə hədiyyə etdiyi qızıl raketkanın dəyəri görün nə qədərdir - FOTO
Tarix: 23-10-2024, 17:43
Baxılıb: 119
Google+ Paylaş
Tumblr Paylaş

Ərəblərin əfsanəyə hədiyyə etdiyi qızıl raketkanın dəyəri görün nə qədərdir - FOTO

23-10-2024, 17:43

"Six Kings Slam" yarışında Rafael Nadala verilən qızıl raketka inanılmaz dəyərə malikdir.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı kral məhkəməsinin müşaviri və bu turnirin promouteri olan Türki Əl-Şeyx Novak Cokoviçlə oyundan sonra ispan tennisçiyə sürpriz etmək qərarına gəlib.
Raketka təmiz qızıldan və əsl ölçülərə uyğun hazırlanıb. Onun dəyəri təxminən 250.000 avro qiymətləndirilir. Ümumi çəkisi 3 kiloqramdır.
Bununla yanaşı Nadalın təşkilatdan iştirakına görə aldığı vəsait də var. O, təkcə turnirdə mübarizə aparmaq üçün həmkarları Novak Cokoviç, Karlos Alkaras, Yannik Sinner, Daniil Medvedev və Holqer Rune ilə 1,5 milyon dollar alıb.
Nadalın bu səfər zamanı qazandığı məbləğ təqribən 2 milyon dollar olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ