Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Azərbaycan güləşçisi dünya çempionu oldu
Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.
Publika.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub - 7:4.
O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb - 10:0. J.Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalisonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. R.Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.

Şərhlər