Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar
Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb. Bu yarışda, həmçinin, Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazanıblar.
Qeyd edilir ki, böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır.

Şərhlər