Tayson Polu buna görə şillələyibmiş
Tarix: 15-11-2024, 22:40
Baxılıb: 133
Google+ Paylaş
Tumblr Paylaş

Tayson Polu buna görə şillələyibmiş

15-11-2024, 22:40

Əfsanəvi boksçu Mayk Taysonun döyüşdən əvvəl keçirilən baxış zamanı Ceyk Polu şillələdiyi haqda məlumat vermişdik.
Publika.az xəbər verir ki, bununla bağlı versiya ortaya atılıb. 58 yaşlı Tayson hərəkətinin səbəbini açıqlamayıb. Amma sosial şəbəkə istifadəçilər zərbədən dərhal əvvəl Polun Taysonun ayağına basdığını bildirirlər.
Bu münasibətlə “The Mirror” 5 il əvvəl Mayk Taysonun müsahibəsini xatırladıb.
“UFC-də yarışa biləcəyimi bilmirəm. Orada bir-birinin ayağına basırlar! Əgər kimsə ayağımı bassa, dərhal təslim olaram”, – deyə Tayson bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ