Avropa çempionatı hansı ölkədə keçiriləcək? – 3 namizəd var
Tarix: 29-11-2024, 23:54
Baxılıb: 240
Google+ Paylaş
Tumblr Paylaş

Avropa çempionatı hansı ölkədə keçiriləcək? – 3 namizəd var

29-11-2024, 23:54

İspaniya 2029-cu ildə kişilər arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə iddialılar sırasına qoşulub.
Publika.az xəbər verir ki, turnirin yeri ilə bağlı qərar EuroBasket-2025 başlamazdan əvvəl veriləcək. İspaniyadan başqa Sloveniya və Yunanıstan da ev sahibi olmağa iddalıdır.
Slovakiya da turnirin təşkilinə ilkin maraq göstərib.
İspaniyanın Avropa çempionatına ev sahibliyi etməkdə böyük təcrübəsi var. Turnir bu ölkədə artıq üç dəfə – 1973, 1997 və 2007-ci illərdə keçirilib. İspaniya 20212-ci ildə keçirilən Avropa çempionatının qalibidir.
Xatırladırıq ki, EuroBasket-2025 dörd ölkədə: Polşa, Latviya, Finlandiya və Kiprdə keçiriləcək və turnirin final hissəsi Riqada baş tutacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ