Futbolçuların həbs olunması ilə bağlı xəbərlərə DİN-dən REAKSİYA - YENİLƏNDİ
Tarix: 27-12-2024, 19:49
Baxılıb: 383
Google+ Paylaş
Tumblr Paylaş

Futbolçuların həbs olunması ilə bağlı xəbərlərə DİN-dən REAKSİYA - YENİLƏNDİ

27-12-2024, 19:49

Futbol üzrə Azərbaycan birinci liqasında çıxış edən “Mingəçevir” klubu ilə bağlı araşdırma aparılır. Buna səbəb oyun alqı-satqısı şübhəsidir.
Reportyor.tv xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.
Saxlanılanların olmadığı diqqətə çatdırılıb.
***
Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.
Reportyor.tv xəbər verir ki, saxlanılan futbolçular arasında qapıçı Mövlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevin adı hallanır.
Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Futbolçular toplantının ardından Mingəçevirdən Bakıya gətiriliblər.
(Oxu.az)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ