Mbapppenin qiyməti düşdü
Tarix: 27-12-2024, 23:34
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Mbapppenin qiyməti düşdü

27-12-2024, 23:34

“Transfermarkt” portalı “Real”ın hücumçusu Kilian Mbappenin bazar dəyərinə yenidən baxıb.
Publika.az xəbər verir ki, 26 yaşlı futbolçunun qiyməti 180 milyon avrodan 160 milyon avroya düşüb.
Oxşar dəyər azalması 2022-ci ilin noyabrında qeydə alınıb. Həmin ilin dekabrında isə Mbappenin dəyəri maksimum 200 milyon avroya çatıb və bu, futbol tarixindəki ən yüksək göstəricilərdən biri olub.
Hücumçu bu yay “Real”a keçib. O, Madridə klubu 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə o, bütün yarışlarda 24 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ