“Qarabağ” bu gün Avropa Liqasında növbəti sınağına çıxacaq.
Publika.az xəbər verir ki, Ağdam klubu Liqa mərhələsində 7-ci turu çərçivəsində doğma meydanda Rumıniyanın FKSB komandası ilə üz-üzə gələcək. Bu görüş pley-offa vəsiqə qazanmaq istəyən təmsilçimz üçün önəmlidir. Ağdam klubuna yalnız qələbə lazımdır. Görüşün heç-heçə bitməsi təmsilçimizin yolunu kəsəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də başlayacaq. Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Əvvəlki 6 oyunda cəmi 1 qələbəsi olan təmsilçimiz 3 xalla 33-cü pillədə qərarlaşıb. FCSB isə 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və cəmi 1 məğlubiyyət görüb. Bu komanda 11 xalla 10-cu pillədədir.
Avropa Liqası, 7-ci tur
23 yanvar
21:45 Qarabağ – FKSB
Baş hakim: Filip Qlova (Slovakiya).
Tofiq Bəhramov adına Respublika stadionu.