Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Özbəyin yerinə gürcünü gətirmək istəyirlər - Bu qədər xərci var
Özbəyin yerinə gürcünü gətirmək istəyirlər - Bu qədər xərci var

“Roma” “Lion”un və Gürcüstan millisinin hücumçusu Corc Mikautadze ilə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
İtaliya klubu Eldor Şomurodovun komandadan ayrılacağı təqdirdə yeni hücumçu transfer edəcək. Mikautadze Özbəkistan millisinin oyunçusunu əvəzləməyə əsas namizədlərdən biri hesab olunur.
Eyni zamanda, “Roma” hücumçunun yüksək qiymətindən ehtiyat edir. “Lion” oyunçusu üçün 30 milyon avro tələb edir. Dekabrın sonunda Fransa klubu “Qalatasaray”ın 17 milyon avro əlavə bonus təklifini rədd edib.
Bu mövsüm Mikautadze klub səviyyəsində 27 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə edib. 24 yaşlı gürcü hücumçunun “Lion”la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Şərhlər