Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Bu klubun fiziki məhdudiyyətli azarkeşləri döyüldü
Bu klubun fiziki məhdudiyyətli azarkeşləri döyüldü

İspaniya çempionatının 24-cü turunun “Valensiya” ilə oyunundan (1:1) sonra “Vilyarreal”ın iki fiziki məhdudiyyətli azarkeşi naməlum şəxslərin hücumuna məruz qalıb.
reportyor.tv xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Görüş Vilyarrealdakı (İspaniya) “Ceramica” stadionunda baş tutub. Mənbənin sözlərinə görə, qara paltarda olan bir neçə kapşonlu şəxs onları döyüb və köməyə gələn digər fanatları görüb qaçıblar.
Hadisə yerinə polis və tibbi xidmətlər gəldikdən sonra zərərçəkənlər xəstəxanaya aparılıb. Azarkeşlərdən biri çənə nahiyəsindən güclü zərbə alıb ki, bu da güclü qanaxmaya səbəb olub, ikincisi isə panik atak keçirib.

Şərhlər