Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Fatih Terimin komandasında ara qarışdı
Fatih Terimin komandasında ara qarışdı

Türkiyəli məşqçi Fatih Terimin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda qalmaqal yaşanır.
reportyor.tv xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
3 aydır maaş almayan futbolçular klub rəhbərliyinə etiraz olaraq məşqə çıxmaqdan imtina ediblər.
Bildirilir ki, narazı olan tək futbolçular deyil. Klub prezidenti Məhəmməd Əlmünayemin uğursuz idarəçiliyi bəzi klub rəsmilərinin vəzifələrindən istefa verməsi ilə nəticələnib.
Qeyd edək ki, "Əl-Şəbab" hazırda ölkə çempionatında 39 xalla turnir cədvəlində 6-cıdır. Fatih Terim ötən ilin dekabr ayından baş məşqçi təyin edilib.

Şərhlər