Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » “Milan”ın qapıçısı huşunu itirdi: Xəstəxanaya aparıldı
“Milan”ın qapıçısı huşunu itirdi: Xəstəxanaya aparıldı

İtaliya A Seriyasının 32-ci turunun “Udineze” – “Milan” matçında (0:4) qonaqların qapıçısı Mayk Maynyan ciddi zədə alıb.
Publika.az xəbər verir ki, o, komanda yoldaşı Aleks Ximeneslə toqquşub. Bu, oyunun 55-ci dəqiqəsində baş verib.
Ximenes rəqib futbolçunun ötürməsini kəsməyə çalışarkən Maynyanla toqquşub. Hər iki futbolçu başından xəsarət alıb. Oyun dərhal dayandırılıb və qapıçı xərəkdə meydançadan kənarlaşdırılıb.
Klubdan verilən rəsmi məlumata görə, fransalı futbolçu meydançadan çıxarkən huşunu itirib və müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
Ximenes isə oyunu davam etdirsə də, 15 dəqiqə sonra əvəzlənib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti