Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Məşhur güləşçimiz dopinqə görə idmandan uzaqlaşdırıldı
Məşhur güləşçimiz dopinqə görə idmandan uzaqlaşdırıldı

Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.
Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, buna idmançının analizində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.
Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində "S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium" aşkarlanıb.
M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti