KDÇ-2025-də sensasiyalarla dolu gecə
Tarix: Bu gün, 09:46
Baxılıb: 17
Google+ Paylaş
Tumblr Paylaş

KDÇ-2025-də sensasiyalarla dolu gecə

Bu gün, 09:46

ABŞ-də keçirilən klublararası dünya çempionatı davam edir.
Reportyor.tv xəbər verir ki, 1/8 final mərhələsində daha 2 görüş baş tutub və hər ikisində sensasiya qeydə alınıb.
Əvvəlcə İtaliya nəhəngi “İnter” Braziliya təmsilçisi “Fluminense” ilə qarşılaşıb. Oyun cənubi amerikalıların qələbəsi ilə başa çatıb - 2:0. Bununla da Milan təmsilçisi mundialla erkən vidalaşıb.
Digər görüşdə “Mançester Siti” (İngiltərə) ilə “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) üz-üzə gəlib. Matçda sensasiyalı nəticə qeydə alınıb. Pep Qvardiolanın rəhbərlik etdiyi “şəhərlilər” rəqibin ciddi müqaviməti ilə üzləşiblər və əlavə hissələrdə məğlub olaraq (3:4) yarışda mübarizəni erkən başa vurublar.
Qeyd edək ki, 1/4 finalda “Fluminense” “Əl-Hilal” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ