"Liverpul" onun faciəvi ölümünə görə 20 nömrəni "SİLDİ"
Tarix: Bu gün, 01:33
Baxılıb: 32
Google+ Paylaş
Tumblr Paylaş

"Liverpul" onun faciəvi ölümünə görə 20 nömrəni "SİLDİ"

Bu gün, 01:33

"Liverpul" futbol klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.

Publika.az 
xəbər verir ki, bu barədə mersisaydlıların saytında yer alan məlumatda deyilir.

Qeyd edəki ki, bu gün yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu "Liverpul"da 20 nömrəli formanı geyinirdi.
“20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”, - bəyanatda qeyd edilib.
Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ