18 yaşlı azərbaycanlı velosipedçi Artyom Proskuryakov uğursuz dopinq testinə görə yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI ) mətbuat xidməti məlumat yayıb.
İdmançının orqanizmində metamfetamin və onun metabolitləri aşkar edilib. 2025-ci ildə Ruandanın Kiqali şəhərində keçirilən dünya çempionatı zamanı idmançıdan alınan dopinq testi müsbət çıxıb.
Orada Proskuryakov yeniyetmələr arasında vaxt sınağında 41-ci olub, bundan sonra şosse yarışını başa vura bilməyib. Xronometraj günü, sentyabrın 23-də alınan dopinq-test müsbət çıxıb. O, istintaqa qədər yarışlardan müvəqqəti olaraq kənarlaşdırılıb və onun “B” nümunəsinin açılmasını tələb etmək hüququ var.







Şərhlər