Azərbaycan millisinin futbolçusunun Niderlandda nikah mərasimi olub
Tarix: 6-01-2021, 03:01
Baxılıb: 249
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan millisinin futbolçusunun Niderlandda nikah mərasimi olub

6-01-2021, 03:01

Sabah” klubunun futbolçusu Ozan Can Kökçü subaylığın daşını atıb.
Apasport.az saytının məlumatına görə, gənc futbolçunun doğulduğu Niderlandda bu gün nikah mərasimi təşkil olunub.
Premyer Liqada yaranmış fasilədən istifadə edərək Hofddorp şəhərinə ailəsinin yanına gedən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvünün nişanlısı Sevil Novruzla yerli adət-ənənəyə uyğun olaraq İmam mərasimi də baş tutub.
22 yaşlı perspektivli oyunçunun şad günü koronavirus pandemiyasi səbəbindən tətbiq edilən qadağalar çərçivəsində reallaşıb. Nigah mərasimində yalnız Kökçünün ailə üzvləri iştirak edib. Hücumçunun atası Halis bəy və anası Sibel xanım övladının azərbaycanlı ilə nikaha girməsindən məmnunluq ifadə edib, onlara xoşbəxtlik arzulayıblar.
Qeyd edək ki, Ozan Can Kökçü 2019-cu ilin yayından “Sabah”ın şərəfini qoruyur.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ